HƏMAS: İsrail atəşkəsin ikinci mərhələsindən qaçır


İsrail və HƏMAS arasında atəşkəs danışıqları dalana dirənməyə başlayıb.

Turkustan.az xəbər verir ki, atəşkəsin ikinci mərhələsi üçün razılıq əldə olunmasa da, İsrail humanitar yardım maşınlarının Qəzzaya daxil olmasını qadağan edib.

HƏMAS-ın yüksək vəzifəli rəsmisi Usamə Həmdan İsrailin mövqeyi və hərəkətləri ilə bağlı açıqlama verib.

Həmdan deyib ki, İsrail ikinci mərhələyə keçməkdən yayınır və humanitar yardım danışıqlarda şantaj vasitəsi kimi istifadə olunur. Həmdan beynəlxalq ictimaiyyətə müraciət edərək, İsrailə təzyiq göstərilməsini tələb edib.

O, İsrailin razılaşmanın ilk mərhələsindəki pozuntularına da diqqət çəkib və İsrailin atəşkəsi pozmağı hədəflədiyinə işarə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ