Tramp: Bu, Zelenskinin indiyə qədər etdiyi ən pis bəyanatdır


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin müharibənin başa çatması ilə bağlı açıqlamasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, “Bu, Zelenskinin indiyə qədər verdiyi ən pis bəyanatdır".

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə sülhün çox uzaqda olduğunu deyib.

Tramp X-da bu sözləri deyib:

"Bu, Zelenskinin verdiyi ən pis bəyanatdır və ABŞ buna daha dözməyəcək. Mən bunu deyirəm; nə qədər ki, ABŞ onun arxasındadır, bu adam sülh istəmir. Avropa Zelenski ilə danışıqlarında ABŞ olmadan heç nə edə bilməyəcəklər. Onlar nə düşünürlər?"

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ