Ukraynanın yüksək vəzifəli hökumət məmuru Volodimir Zelenskinin hələ də "məktəbli dünyagörüşünə" sahib olduğunu bildirib.
Turkustan.az “Der Spiegel” jurnalına istinadən bildirir ki, jurnal onun sözlərini belə təqdim edir:
“Onun bu gün də məktəbli dünyagörüşü var”.
Öz növbəsində, Ukrayna hökumətinin keçmiş əməkdaşı qeyd edib: "Zelenski təkcə populist kimi danışmır, o, həqiqətən belə düşünür”. Nəşrin yazdığına görə, seçildiyi andan etibarən Zelenski əmin idi ki, nəyisə arzulamaq onun reallaşması üçün kifayətdir. Lakin seçki kampaniyasında verdiyi vədlərə baxmayaraq, o, Ukraynada sülhə nail ola bilmədi. Eyni zamanda, jurnal qeyd edir ki, Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampı öz tərəfinə çəkməyə də nail ola bilmədi.