Saxta spirtli içkidən ölənlərin sayı 81-ə çatdı


Ankarada saxta spirtli içkilərdən 81 nəfərin öldüyü bildirilib.

Turkustan.az xəbər verir ki, Ankara Baş Prokurorluğunun saxta spirtli içki istehsal edən və ticarəti ilə məşğul olan şəxslərlə bağlı araşdırmaları davam edir.

Bu çərçivədə Ankara Respublika Prokurorluğu, Ankara Qərbi və Polatlı Respublika Baş Prokurorluğu tərəfindən "qaçaqmalçılıq" və "mümkün qəsdlə ölümə səbəb olma" cinayətləri ilə bağlı açılan istintaq fayllarına Ədli Tibb Qurumunun toksikoloji hesabatları əlavə edilib.

Məlumata görə, Ankarada 81 nəfər saxta spirtli içkilər səbəbindən həyatını itirib.

Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaqda 36 şübhəli həbs edilib, 41 nəfər isə məhkəmə hökmü ilə sərbəst buraxılıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ