Putinlə Tramp həmin gündən sonra əlaqə saxlamayıb - Peskov


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında fevralın 12-də telefon danışığından sonra heç bir ictimai əlaqə olmayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

"İctimaiyyətə açıqlanmalı olan heç bir əlaqə yox idi", - Kreml sözçüsü məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

Fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub. Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, həmçinin təmasların davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

Bildirək ki, fevralın 28-də Amerika lideri Putinlə “bir neçə gün əvvəl” danışdığını demişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ