ABŞ Rusiyaya qarşı bu əməliyyatları dayandırmağı əmr etdi


“Vashington Post” qəzetinin yazdığına görə, ABŞ-ın müdafiə naziri Pit Heqset Rusiyaya qarşı kiber əməliyyatların dayandırılması barədə göstəriş verib.

Turkustan.az xəbər verir ki, VP-nin məsələdən xəbəri olan rəsmiyə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi kiber əməliyyatlarda dəyişiklik edib.

Heqset Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqların davam etdiyi müddətdə Rusiyaya qarşı kiber əməliyyatların dayandırılmasını əmr edib.

Digər tərəfdən, VP-yə mövzu ilə bağlı qiymətləndirmələr edən keçmiş diplomat və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin vitse-prezidenti Ceyms Endryu Lyuis, bu vəziyyətin "ABŞ-ın milli təhlükəsizliyini riskə ata biləcəyini" qeyd etdi.

“Rusiya Birləşmiş Ştatlara qarşı əsas kibertəhdidlərdən biri olaraq qalır”-deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ