Rubio: Putini masaya oturda bilsək, müharibə bitəcək!


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymağın ən vacib yolu Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturtmaqdır.

Turkustan.az xəbər verir ki, ABC News-un “Bu həftə” proqramına danışan nazir Rubio ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında aparılan müzakirələri və sülh danışıqlarını dəyərləndirib.

Rubio Trampın Rusiyanı bu müharibəyə son qoymağın bir yolunun olub-olmadığını görmək üçün danışıqlara razı salmağa çalışdığını qeyd edərək, "Bu proses ancaq Vladimir Putinin danışıqlar masasına oturduğu zaman tamamlanacaq. Hazırda prezident Tramp dünyada onu (Putini) danışıqlar masası arxasına keçirə biləcək yeganə şəxsdir" dedi.

Zelenskiyə deyilən, "diktator" sözünün Putinə aid olub-olmaması sualına Rubio belə cavab verib: "Biz üç ildir ki, Vladimir Putini təhqir edirik, amma indi məsələ bu deyil. Bu gün diqqətimiz bu adamı masaya oturtmaqdır. Bəlkə onlar da razılaşmaq istəmirlər. Biz bilmirik, amma biz onlarla üç ildir ki, danışmamışıq"-deyə, cavab verib.

Aytən Yaşar/ Turksustan.az


MANŞET XƏBƏRLƏRİ