Conson: Zelenski ya masaya geri qayıtmalı, ya da istefa verməlidir!


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski “özünə gəlməli” və “təşəkkürlə” masaya qayıtmalı, yoxsa başqasının ölkəyə rəhbərlik etməsinə icazə verməlidir.

Turkustan.az xəbər verir ki, Conson NBC News-a verdiyi müsahibədə prezident Donald Tramp və Zelenski arasında Oval Ofis müzakirəsindən sonra deyib ki, Ukrayna lideri ABŞ-ın onlara göstərdiyi yardıma görə təşəkkür etmək əvəzinə ev sahibini təhqir edib və sözünü kəsib.

"Zelenskinin Ağ Evdə etdikləri bizə onun hələ buna hazır olmadığının siqnalı idi və məncə, bu, böyük məyusluqdur" deyən Conson Trampın Rusiya və Ukraynanı sülh üçün bir araya gətirməyə çalışdığını bildirib.

Conson deyib ki, ABŞ və Ukrayna arasında nadir torpaq elementlərinə sərmayə qoyuluşunu ehtiva edən saziş təhlükəsizlik zəmanətlərini ehtiva edir və imzalanacağı təqdirdə, müqavilə Ukrayna üçün “təhlükəsizlik səviyyəsini” təmin edəcək.

Müqavilə imzalandıqdan sonra Ukraynanın ABŞ ilə iqtisadi ortaqlığa girəcəyini və Vaşinqtonun hər zaman öz maraqlarını və investisiyalarını qoruyacağını deyən Conson, "Rusiya, Çin, İran və Şimali Koreya bunu bilir. Bu, bizim üçün çox əhəmiyyətli bir mesajdır" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ