Netanyahu HƏMAS-ı hədələdi: Dediyimiz olmazsa...


İsrailin baş naziri Netanyahu X hesabında verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampa təşəkkür edərək, "Prezident Tramp İsrailin Ağ Evdəki ən böyük dostudur və bu dostluğu hər gün nümayiş etdirir" deyib.

Turkustan.az xəbər verir ki, Netanyahu deyib ki, Tramp Qəzza zolağında fələstinliləri didərgin salmaq planı və İsrailin istədiyi silahları göndərməklə bu dostluğu açıq şəkildə nümayiş etdirib və Tramp İrana qarşı “işi bitirmək” üçün sursat göndərməklə və məhbusları azad etməsi üçün Həmas-a təzyiq etməklə İsrailə kömək edib.

Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoffun “müvəqqəti atəşkəsi 50 gün uzatma” planını tənqid edərək, “Bu müddət ərzində Qəzzada müharibəni bitirəcək daimi atəşkəs şərtlərini müzakirə edə bilərik”-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ