ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə qlobal vəziyyət kəskin şəkildə dəyişib. Onsuz da sarsılan sabitlik tamamilə dağılıb. Avropa artıq ABŞ-ın əsas müttəfiqi deyil, amerikalıların əlində alətdir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ ordusunun təqaüdçü kəşfiyyatçısı Skott Ritter deyib.
“Tramp yalnız idarə etdiyi dövlətə diqqət yetirir. Avropa ilə heç maraqlanmır. O, yalnız ABŞ-la maraqlanır. Avropalılar artıq amerikalıların dostu deyil. Avropa bizim alətimizdir. Alətin bir məqsədi var: qırılana qədər işləmək. Sınırsa, atıb yenisini axtarırıq”, - o bildirib.