Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, tərəflər hazır olarsa, ABŞ-la nadir torpaq elementlərinə sərmayə qoyuluşuna dair saziş imzalamağa hazırdır.
Turkustan.az xəbər verir ki, paytaxt Londonda Böyük Britaniyanın ev sahibliyi etdiyi “Ukrayna” mövzusunda liderlər zirvəsinə qatılan Zelenski Ukraynaya qayıtmazdan əvvəl Stansted hava limanında mətbuat mənsubları ilə görüşüb.
“Ağ Evdə apardığınız qızğın mübahisədən sonra ABŞ prezidenti Donald Trampa bir qədər təəssüf hissini bildirməklə yanaşı, prinsipcə ərazi güzəştləri barədə danışmağa hazırsınızmı?” sualına birbaşa cavab verməkdən yayındı.
Mən sadəcə olaraq Ukraynanın mövqeyinin eşidilməsini istəyirəm”. Zelenski bu ifadədən istifadə edərək ölkəsinin mövqeyinin qeyri-müəyyən olmasını istəmədiyini bildirib. “Ancaq biz hamımız bir-birimizi başa düşməliyik, tanımalıyıq və qırmızı xətləri başa düşməliyik”-deyə, Zelenski bildirib.
Nadir torpaq elementlərinə sərmayə qoyuluşunu nəzərdə tutan ABŞ ilə müqavilənin gələcəyi ilə bağlı sualı cavablandıran Zelenski, müqavilənin nazirin imzalaması üçün hazır olduğunu bildirərək, "Bizim siyasətimiz keçmişdə baş verənləri davam etdirməkdir, biz konstruktivik. Əgər tərəflər razılaşarsa, masa üzərində olan müqavilə imzalanacaq", deyib.
Aytən Yaşar/ Turkustan.az