Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın ev sahibliyi etdiyi Ukrayna sammitini dəyərləndirərkən deyib ki, “Avropada birlik və həmrəylik uzun müddətdir görünməyən səviyyədədir”.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski sosial media hesabından verdiyi açıqlamada İngiltərənin paytaxtı Londonda Ukrayna ilə bağlı keçirilən sammiti dəyərləndirib.
Sammitdə Ukrayna xalqına və ölkəsinə güclü dəstək hiss etdiyini qeyd edən Zelenski: “Londonda keçirilən sammit Ukraynaya və Avropanın ortaq gələcəyinə həsr olunub” deyib.
Londonda ölkəsinin təhlükəsizliyinə zəmanət vermək və ədalətli sülhü təmin etmək üçün danışıqlar aparıldığını bildirən Zelenski, "Biz Amerika ilə real sülh və zəmanətli təhlükəsizlik üçün möhkəm zəmin yaratmaq üçün Avropada birlikdə çalışırıq"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az