İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS ilə razılaşmanın ikinci mərhələsini müzakirə etmək əvəzinə, ABŞ Baş naziri Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun birinci mərhələnin uzadılması təklifini qəbul etdiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından əvvəl verdiyi açıqlamada Netanyahu razılaşmanın birinci mərhələsinin uzadılmasını istədiklərini, Qəzzaya hücumları bərpa edə biləcəklərini ifadə etdi.
Netanyahu bildirib ki, dünən İsrail rəsmiləri ilə görüşdə onlar Vitkoffun ilk mərhələnin Ramazan və Pasxa aylarına qədər uzadılmasını nəzərdə tutan çərçivə təklifini qəbul etməyə qərar veriblər.
Netanyahu Qəzzada atəşkəs və HƏMAS ilə əldə edilən məhbus mübadiləsi razılaşmasına əsasən, İsrailin “danışıqların səmərəsiz olduğu təəssüratını qazanarsa, birinci mərhələ bitdikdən sonra Qəzzaya hücumları yenidən başlaya biləcəyini” iddia edərək, “Bu məqalə əvvəlki ABŞ administrasiyasının yan məktubu ilə dəstəklənib və Tramp administrasiyasının tam dəstəyinə malikdir”deyib.
Aytən Yaşar/ Turkustan.az