Ölkəyə gətirilən yeni "Toyota"lar yandı - FHN-dən açıqlama (VİDEO)


Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yanğın hadisəsi baş verib.

Turkustan.az-ın məlumatına görə, ölkəyə idxal olunan yeni avtomobilləri daşıyan nəqliyyat vasitəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

/Unikal/


MANŞET XƏBƏRLƏRİ