Türkiyədə hakim partiyanın müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bazar günü Edirne həbsxanasında saxlanılan keçmiş Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşla telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, bu barədə MHP-yə yaxınlığı ilə tanınan "Bengü Türk TV" məlumat yayıb.
Məlumata görə, Baxçalı Dəmirtaşa zəng edərək onun dəstəyindən məmnun olduğunu bildirib.
Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının lideri Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa çağırıb.
Bunun ardından Dəmirtaş "Gazete Duvar" üçün yazdığı məqalədə bu məsələyə toxunub
"Ərdoğan, Baxçalı və Öcalan… Allah onların hər birinə uzun və sağlam ömür versin. Tarixi Kürd-Türk barışı üçün təşəbbüs göstərən bu üç liderin uğur qazanması üçün əlimdən gələni edəcəyəm", - o qeyd edib. /Modern.az/