Rusiyada ticarət mərkəzində ATIŞMA - Yaralananlar var


Rusiyanın Mıtişi şəhərində yerləşən “Krasnıy kit” ticarət mərkəzində baş verən atışmada yaralananların sayı 4-ə çatıb.

APA Rusiya mediasına istinadən xəbər verir ki, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı gənc şəxs saxlanılıb.

Dərhal hadisə yerinə polis əməkdaşları gəlib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Polis əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.


MANŞET XƏBƏRLƏRİ