İran prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.
Turkustan.az İRNA-ya istinadən xəbər verir ki, Pezeşkian: “Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ-la danışıqlar aparmayacağıq”, - deyib.
İran prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.
Fevralın 4-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır. /Modern.az/