Ukraynada sülh üçün şərtlər – Üç vacib element


Böyük Britaniyanın Baş naziri Key Starmer Ukrayna üçün davamlı sülhün şərtlərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.

“Üç element vacibdir. Birincisi, lazım gələrsə döyüşəcək və danışıqlar apara biləcək güclü Ukraynaya ehtiyacımız var. İkincisi, təhlükəsizlik təminatı olan Avropa elementidir. Üçüncüsü ABŞ-ın dəstəyidir”, – deyə Starmer bildirib.

O qeyd edib ki, Britaniya, Fransa və Ukraynanın təklif etdiyi atəşkəs planına daha bir və ya iki ölkə də daxil ola bilər. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ