ABŞ hakimiyyəti Meksika ilə sərhədə motoatıcı briqada və aviasiya taboru göndərəcək. Ümumi heyətin təxminən 5 min nəfər olduğu bildirilir.
Turkustan.az xəbər verir ki, sənədə əsasən, Müdafiə Nazirliyi cənub sərhədinə zirehli transportyorlarla təchiz edilmiş Stryker tipli motoatıcı briqada göndərəcək. Bəyanatda qeyd olunur ki, belə bir briqadanın standart sayı 4400 hərbçidən ibarətdir. Nazirlik bildirib ki, hərbi personal və texnika yaxın həftələrdə sərhədə yerləşdirəcək.
/ajans.az/