Bu ölkə Trampın planına qarşı etiraza qalxdı


İsveçin paytaxtı Stokholmda yüzlərlə insan ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan zorla çıxarılması təklifinə qarşı nümayiş keçirib.

Turkustan.az xəbər verir ki, Stokholmun Odenplan bölgəsində toplaşan etirazçılar ABŞ prezidenti Trampın fələstinlilərin Qəzzadan zorla çıxarılması təklifinə etiraz edərək , “Deportasiyalara yox” şüarı səsləndiriblər.

Aksiya zamanı “Məcburi köçə və soyqırıma yox”, “Məktəblər və xəstəxanalar bombalanır”, “İsrailə soyqırım embarqosu qoyulmalıdır”, “Fələstin əbədi” və “İki ölkə həlli” yazılmış plakatlar daşınıb.

“Fələstinə azadlıq, Trampa, Maska, Netanyahu planına yox” kimi şüarlar səsləndirən nümayişçilər daha sonra İsveç Xarici İşlər Nazirliyinə doğru yürüş ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ