Almaniyanın xarici işlər naziri Annalena Baerbok ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında baş verən müzakirə ilə bağlı mətbuata açıqlama verib.
Turkustan.az xəbər verir ki, Baerbokun sözlərinə görə, "Yeni qəddarlıq erası başladı".
O, press-relizində aşağıdakı bəyanatı verib:
"Ağ Evdən gələn təsvirolunmaz görüntülər üzündən bir çoxunuz bu gecə narahat yatacaqsınız. Təəssüf ki, görüntülər kabus deyil, sərt reallıq idi. Yaşadığımız şok dünənkindən daha böyükdür, Ukrayna xalqına və Avropanın təhlükəsizliyinə olan öhdəliyimiz də belədir".
Baerbok həmçinin bildirib ki, Avropa indi daha güclü lider mövqe tutmalıdır və onlar Ukraynanın yanında olmağa davam edəcəklər.
Digər tərəfdən qurban və cinayətkarın ayrılması lazım olduğunu vurğulayan Baerbok, Rusiya ilə Ukrayna arasındakı problemin səbəbkarının Rusiya olduğuna diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az