“Əgər Tramp Ukraynada qələbə çalarsa, Rusiyanın növbəti hədəfi biz olacağıq”.
Turkustan.az xəbər verir ki, bu barədə “Erməni dirçəlişi” hərəkatının üzvü Baqrat Arakelyan sosial media hesabında paylaşım edib.
“Tramp və Vensin Zelenskidən tələbi: atəşi kəsin, Putin nə istəyirsə, verin, ABŞ faydalı qazıntıları, nefti, qazı özünə götürür, Baydenin yardım üçün ayırdığı xərci geri qaytarır (ABŞ istənilən halda qazanır).
O zaman “sülh” olur.
Təhlükəsizlik zəmanəti ilə bağlı heç bir müzakirə yoxdur.
“Trampı sevən” həmvətənlərimə səslənmək istəyirəm: əgər Tramp Ukraynada qələbə çalarsa, Putinin siyahısında növbəti bizik…”, –Arakelyan qeyd edib./Globalinfo.az