NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında baş verən müzakirə ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki,Rutte bildirib ki, münasibətləri yaxşılaşdırmaq üçün bir yol tapılmalıdır.
NATO-nun baş katibi Mark Rutte deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmaq üçün “bir yol tapmalıdır”.
Rutte BBC-yə müsahibəsində deyib ki, Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında yaşanan gərginlikdən sonra Zelenski ilə iki dəfə telefonla danışıb.
ABŞ prezidenti Trampla da telefonla danışdığını qeyd edən Rutte, danışıqlarda müzakirə edilənləri söyləmək səlahiyyətinin olmadığını, lakin “Zelenskiyə Trampın indiyə qədər Ukrayna üçün etdiklərinə hörmət edilməli olduğunu söylədi”.
Rutte ABŞ prezidenti Trampa haqqının verilməli olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az