Ötən gün dünya unudulmaz bir anıya şahidlik etdi. Belə ki, hər kəsim maraqla gözlədiyi Tramp-Zelenski görüşü Ağ Evdə baş tutdu, ancaq bu görüş heç də gözlənilən kimi keçmədi.
İlk növbədə Amerika lideri Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini rəsmi şəkildə qarşıladı, halbuki Fransa prezidenti Emmanuel Makronu qarşılamamışdı. Hamı da düşündü ki, Zelenskini özü qarşılayırsa, deməli yaxşı nələrəsə ümid etmək olar. Lakin daha sonra Oval kabinetdə jurnalistlərin gözü önündə vəziyyət qarışdı, nə qarışdı. 3-lü şəkildə baş tutan dialoqda təzyiqlər yüksəldi, gərginlik pikk həddə çatdı. Tramp Zelenskini gəldiyinə peşman etdiyi üçün Zelenski heç bir müqaviləyə imza atmadan Ağ Evi tərk etdi.
Siyasətlə maraqlanan, maraqlanmayan hər kəs bu barədə müxtəlif fikirlər səsləndirdi. Kimisi bu görüşdə Zelenskini haqlı bildi, kimisi Trampı. Kimisi dedi bu bir şou idi, kimisi də dedi Zelenskiyə tezliklə sui-qəsd olunacaq.
Məlum məsələdir ki, ABŞ bu müharibədə Ukrayna dəstək verən əsas qol idi. Bəs indi bundan sonra Ukrayna üçün vəziyyət necə cərəyan edəcək? Ukraynanı nə gözləyir? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Oqtay Qasımova ünvanladıq. Ekpert bildiri ki, dünən Vaşinqtonda baş verən hadisələr doğurdanda dünya diplomatiya tarixində çox nadir hallarda rats gəlinən skandal bir görüş idi.
Ötən gün Amerika tərəfindən bəzi senatorların açıqlamalarını da dinlədim. Onlar da qeyd edir ki, əslində Zelenskiyə qarşı bir oyun qurulmuşdu. Trampla onun müavini ümumiyyətlə, Bəyaz sarayda qəbul etdikləri qonağa qarşı olduqca qeyri-etik ifadələr işlədərək, onu təhdid etdilər. Eyni zamanda savaşın başlamasına görə az qala Ukraynanı ittiham etdilər. Zelenskini birtərəfli qaydada bir çox məsələlərdə güzəştə getməyə məcbur etməyə çalışdılar. Sanki ona dərs verirmiş kimi bir ab-hava yaratmaq istədilər və bu cür diplomatiyanın Amerika mediası önündə aparılması da bu işin bilərəkdən təşkil olunduğu qənaətini yaratdı. Proses heç də danışıqlar masası ətrafında baş vermədi. Diqqət etdinizsə, Tramp Zelenskini qapıda qarşılayarkən artıq ona atmacalı sözlərlə ilişməyə çalışdı. Onun geyiminə xüsusi bir şəkildə ilişdi. Bildirim ki, bu görüş üçün geyim hansısa məna daşımır. Yəni buna fikir verməmək də olardı, çünki Ukraynada savaş başladığından Zelenski rəsmi protokol geyimlərini hərbi forma ilə əvəz edib. Dünənki görüş şübhəsiz ki, həm də bir mərhələ üçün tarixin bir qırılma anı kimi də dəyərləndirilə bilər. Amerika yeni administrasiyası bu günə qədər mövcud olmuş düzəni alt-üst etməklə məşğuldur. Bizim dünən Vensin və Trampın dilindən eşitdiklərimiz bir daha onu göstərir ki, onlar sanki ideoloji cərəyanın daşıyıcıları kimi qarşısındakı rəqibi, tərəfdaşı əzmək niyyətində idilər.
Hətta Zelenskinin keçən ilin oktyabrında Pensilvaniyada olmasını belə guya Bayden adminstrasiyasına və Kamala Harrisə dəstək kimi onun üzünə vurdular. Hansı ki, həmən səfər zamanı Zelenski orada bir hərbi istehsal sahəsinin açılışında iştirak etmişdi və Amerikaya təşəkkür etmişdi, hansısa bir seçkinin gedişatı ilə bağlı proseslərə qatılmamışdı. Bu yalnız Ukraynaya qarşı edilən etibarsızlığı deyil, eyni zamanda avropalı tərəfdaşların da Amerika ilə ciddi problemlər olduğunu göstərdi. Bu, görüş Avropanı Amerikadan uzaqlaşdırdı. Ənənəvi münasibətlərin bərpa olunması üçün ya, olduqca ciddi enerji sərf olunmalıdır ya da Avropa artıq başının çarəsinə baxaraq, özünün təhlükəsizlik sistemini formalaşdırmalıdır.
Dünən Avropa liderləri tərəfində səslənən açıqlamalar da onu göstərdi ki, Avropa ölkələrinin əksəriyyəti Ukraynanı dəstəkləməyə davam edəcəklər. O ki, qaldı Zelenskinin dünənki proseslərdə danışıq zamanı davranışlarına mən hesab edirəm ki, o, lazımı sözləri dedi və doğru davranış nümayiş etdirdi. O, öz millətinin, dövlətinin maraqlarını müdafiə etməyə çalışırdı. Zelenskini yanlış hesab edən ekpertlər o, hansı addımı atsaydı, yenə də tənqid etməyə bir şey tapacaqdılar. Zelenskini əslində dünən o cür davranmağa məcbur etdilər. Faktiki olaraq onu aşağıladılar və ittiham etdilər. Zelenski sərvətlərini verməkdən də əslində imtina etmir, sadəcə olaraq bunu qarşılığında Ukrayna üçün təhlükəsizlik təminatları tələb edir. Bu təhlükəsizlik təminatını da Tramp vermək istəmir. Bunu da açıq şəkildə etiraf edir. O, ancaq bir fikir səsləndirir, "Biz savaşın bitirmək istəyirik, sülh istəyirik". Zelenski haqlı olaraq bildirir ki, bu sülh əgər uzunmüddətli, davamlı və təminatlı olmayacaqsa, yeni müharibənin başlanması çox uzaq gələcəkəyə saxlanmaz. Yəni o baxımdan, mən hesab edirəm ki, Amerika tərəfinin davranışı biabırçı davranış idi. Amerika ilə Ukrayna arasında münasibətlər təbii ki, bir böhran vəziyyətinə girdi. Eləcə də dünən Ukraynanın Amerikadakı səfirinin də davranışları vəziyyətin olduqca ağır olduğunu göstərir.
Əslində Amerika tərəfi də iki cəbhəyə bölünüb. Bir hissə, Trampı kəskin tənqid edir, bir hissə onu dəstəkliyir. Dəstək bəyanatlarına baxdığımızda sanki, Trampın komandasında hamı eyni cür düşünürmüş kimi ab-hava görüntüsü yaranır və özlərinin iddia etdiyi kimi, Trampın azad dünyanın lideri durumundan kənara durduğu görüntüsü var. Bundan sonra proseslər Ukrayna üçün daha çətin olacaq və Ukraynanın müdafiəsi Avropa ittifaqının üzərinə düşəcək. Avropa İttifaqı bunun öhdəsindən gələcəkmi, onu gələcək göstərər. Hər halda buna cəhd edəcəklər. Çünki Avropa ölkələri Rusiya təhlükəsinin real olduğunu başa düşürlər və Amerikanın da Avropanın təhlükəsizliyinə təminat vermədiyini artıq açıq şəkildə görürlər. Onlar Zelenskini danışıqlar üçün uyğun namizəd hesab etmirlər. Dünən də bunun işartıları verildi. Bunun üçün ya Ukraynada çevirilişə, ya da sui-qəsdə gedilər bilər. Çünki bu məsələdə artıq Amerikanın və Rusiyanın mövqeləri üst-üstə düşməkdədir. Əslində o görüşdən sonra Rusiyada bir bayram əhval-ruhiyyəsinin olmasını da rahat şəkildə söyləmək mümkündür. Şübhəsiz ki, proseslər ciddi bir xarakter almağa başlayır. Avropa özünün təhlükəsizlik məsələləri ilə bağlı siyasətinə yenidən baxacaq. Hesab edirəm ki, Türkiyənin də önəmi ciddi şəkildə artmağa başlayacaq. Avropa özünün müstəqil təhlükəsizlik sistemini istəyəcəksə, bunu Türkiyə etməlidir. Çünki Türkiyə NATO-nun ikinci ən böyük gücü və heç bir xarici dəstəyi olmadan öz təhlükəsizliyini tam şəkildə təmin edə bilən bir ölkədir. Trampın davranışları və Amerikanın bu siyasəti hesab edirəm ki, Avropada ciddi şəkildə bərk reaksiya doğuracaq və Avropa çox güman ki, bundan sonra Çinlə müəyyən yaxınlaşmalara gedəcək. Bu da Amerikanın maraqlarına uyğun olmayacaq!
Aytən Yaşar/ Turkustan.az