Ukraynanın Ankaradakı səfirliyi Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla çəkilmiş şəkli sosial media hesabında paylaşıb.
Turkustan.az xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda Ərdoğanın fevralın 18-də Zelenskini qarşıladığı andan kadr yer alıb.
Paylaşıma heç bir açıqlama verilməyib.
Ukrayna mediası tərəfindən paylaşılan eyni fotoda isə "Bunlar bizim tanımadığımız, amma hörmətin nə demək olduğunu ən yaxşı anlayan insanlardır. Belə olmalıdır, belə də olacaq" şərhi verilib.
Sözügedən paylaşımların ABŞ prezidenti Donald Tramp və Zelenski arasında Oval kabinetdə olan mübahisədən sonra edilməsi diqqət çəkib./publika.az