Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna üzrə sabah keçiriləcək sammitdən əvvəl prezident Vladimir Zelenski ilə görüşəcək.
Turkustan.az xəbər verir ki, baş nazirlik ofisinin 10 nömrəli sözçüsü yazılı açıqlamada Starmerin Ukrayna ilə bağlı sabahkı zirvə görüşündən əvvəl Zelenskini baş nazirlikdə qəbul edəcəyini bildirib.
Zelenski sabah paytaxt Londonda bir çox Avropa liderlərinin iştirakı və Böyük Britaniyanın baş naziri Starmerin ev sahibliyi ilə keçiriləcək Ukrayna sammitində iştirak edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın adından sammitdə xarici işlər naziri Hakan Fidan da iştirak edəcək.
Zelenski sammitdə iştirak etmək üçün Londona gəlib.
Onun ABŞ-dakı təmaslarından sonra Zelenskini daşıyan təyyarə İngiltərənin Stansted hava limanına enib.
Aytən Yaşar/ Turkustan.az