Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı “Türk axını” boru kəmərini təbii qazla təmin edən stansiyaya pilotsuz uçuş aparatı (PUA) ilə hücum etməyə cəhd edib.
Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada “Türk axını” boru kəmərinin infrastrukturuna hücum cəhdi ilə bağlı məlumat verilib.
Açıqlamada Ukrayna prezidenti Zelenskinin ABŞ-a səfəri zamanı ötən gecə Krasnodar bölgəsindəki kompressor stansiyasına 3 PUA ilə hücum cəhdinin edildiyi və hücumun Avropaya təbii qaz nəqlini dayandırmaq məqsədi daşıdığı bildirilib.
Açıqlamada bütün PUA-ların hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu və stansiyaya heç bir ziyan dəymədiyi deyilib.
Bildirək ki, yanvarın 13-də Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın 9 PUA ilə eyni stansiyaya hücuma cəhd etdiyi açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az