Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə edib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Martın 1-də xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Rusiya-Ukrayna münaqişəsi kontekstində son hadisələr müzakirə olunub"-deyə, mənbə bildirib.
Aytən Yaşar/ Turkustan.az