Dövlət Dumasının sədri Vyaçeslav Volodin Tramp və Zelenskinin Ağ Evdə görüşünə və ABŞ və Ukrayna arasında nadir torpaq metalları ilə bağlı razılaşmaya toxunaraq, Rusiya prezidenti Vladimir Putini Rusiya Federasiyasının əsas üstünlüyü adlandırıb.
Turkustan.az xəbər verir ki, Volodin Teleqram kanalında bunları qeyd edib: "Əvvəllər dediklərimi təkrarlayacağam. Bu gün Rusiyanın digər ölkələrlə müqayisədə üstünlüyü neft, qaz, nadir metallar deyil. Ölkəmizin üstünlüyü Prezident Putindir. Ona görə də bu gün çağırışlar və xarici təcavüz dövründə hər zamankindən daha çox bütün vətəndaşların və siyasi qüvvələrin dövlətimizin başçısı ətrafında birləşməsi son dərəcə vacibdir".
Dövlət Dumasının sədri həmçinin vurğulayıb ki, ölkələrin malik olduğu resurslar mühüm mövzudur, lakin əsas mövzu deyil.
Aytən Yaşar/Turkustan.az