Zaxarova Zelenski ilə Trampın görüşünü ələ saldı: bu filmdən sitat gətirdi


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında yaranan mübahisəyə diqqətçəkən şərh verib.

Turkustan.az xəbər verir ki, Zaxarova bununla bağlı özünün “Telegram” kanalında paylaşım edib.

O, “28 fevral 2025-ci il, ABŞ, Vaşinqton, Oval Ofis” başlığı ilə sovet istehsalı olan “İtin ürəyi” filmindən fraqment paylaşıb.

Frqamentdə professor Filipp Filippoviç Preobrajenski küçə iti Şariki sərt şəkildə danlayır:

“Siz inkişafın ən aşağı pilləsindəsiniz. Siz hələ də inkişaf etməkdə olan, əqli cəhətdən zəif bir varlıqsınız. Bütün hərəkətləriniz vəhşidir və universitet təhsili olan iki insanın yanında siz özünüzə hər şeyi necə bölmək barədə axmaq məsləhətlər verməyə icazə verirsiniz”.

Bu şərh mediada gündəm olub./publika.az


MANŞET XƏBƏRLƏRİ