ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə Ağ Evdə uğursuz görüş və mübahisədən sonra ilk açıqlamasını verib.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Tramp Zelenski ilə görüşünün yaxşı keçmədiyini bildirib: “Biz barışmayacaq birini yox, sülh axtarırıq. On illik müharibəyə girib oyun oynamaq istəmirik. Mən dərhal sülh istəyirəm. Prezident Putin də bunu etmək istəyəcək. Bu adam bizim döyüşməyə davam etməyimizi istəyir”.
Tramp Zelenskinin barışmaq istəyən bir adam kimi görünmədiyini qeyd edib:
"Birdən o, böyük bir insan oldu, çünki ABŞ onun yanındadır. Ya biz bitirəcəyik, ya da döyüşməsinə icazə verəcəyik. Əgər o döyüşsə, xoş olmayacaq, çünki bizsiz qalib gələ bilməz".
Qeyd edək ki, Zelenski debatdan sonra ABŞ mətbuatına verdiyi müsahibədə Trampa və amerikalılara hörmət etdiyini və üzr istəməyi tələb edən heç bir səhv etmədiyini bildirib: “Heç kim müharibəni bizdən çox bitirmək istəmir. Ədalətli razılaşma və təhlükəsizlik zəmanəti istəyirik”./publika.az