ABŞ ilk addımı atdı: Ukraynanın enerji şəbəkəsinə dəstək dayandırıldı


ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) mənbələri Ağ Evin Ukraynanın enerji şəbəkəsinin bərpasına verdiyi dəstəyin dayandırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Nyu-Yorkda yerləşən NBC telekanalının iki USAID rəsmisinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar Rusiya ordusunun hücumlarından zərər çəkmiş Ukraynanın enerji şəbəkəsinin yenidən qurulması üçün ayırdığı 100 milyon dollarlıq investisiyanı dayandırıb.

“Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədir və Rusiyaya Ukraynaya və ya keçmiş sərmayələrimizə əhəmiyyət vermədiyimiz barədə aydın mesaj verir”-deyə, USAID-in adının açıqlanmayan rəsmisi açıqlamasında bildirib.

USAID-in Ukraynadan çıxması ölkənin enerji şəbəkəsini qışın şaxtasında Rusiya raketlərinin hücumlarına qarşı həssas vəziyyətə salacaq, iki rəsmi xəbərdarlıq edib.

Xaricdəki fəaliyyətini böyük ölçüdə dayandıran USAID Ukraynanın Enerji Təhlükəsizliyi Layihəsini dayandırmaqla yanaşı, Ukraynadakı mövcudluğunu da əhəmiyyətli dərəcədə azaldır.

Tramp administrasiyasının USAİD ilə bağlı son qərarlarından əvvəl Ukraynada agentlikdə ABŞ-ın 64 federal işçisi və podratçısı işləyirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ