ABŞ prezidenti Donald Tramp, hətta 2024-cü il ABŞ seçki kampaniyası zamanı şəxsi söhbətlərində Ukraynanın Rusiya ilə qarşıdurmasında uğur qazanmaq şansının olmadığını bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.
Keçmiş kampaniya rəsmilərinin sözlərinə görə, Tramp dəfələrlə respublikaçı donorlara Ukraynanın münaqişədə qalib gələ bilməyəcəyini deyib. Mənbələr əlavə edib ki, Amerika lideri Kiyevə dəstəyin davam etdirilməsinin ABŞ-ın maraqlarına uyğun olmadığını da qeyd edib.
Daha əvvəl The New York Times yazmışdı ki, Tramp cümə günü Ağ Evdə Vladimir Zelenski ilə görüşdən sonra Ukraynaya dolayı dəstəyi belə dayandıra bilər.
Aytən Yaşar/ Turkustan.az