Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında gedən qızğın debatdan sonra X hesabında açıqlama verib.
Turkustan.az xəbər verir ki, Kallas Ukraynanın yanında olduqlarını ifadə edərək, "Ukrayna Avropadır!" deyib.
Avropa Birliyinin Ukraynaya dəstəyini artıracağını bildirən Kallas, "Təcavüzkarla qarşılaşa bilmələri üçün dəstəyimizi artıracağıq" deyib.
Trampın Zelenskiyə qarşı mövqeyindən sonra liderliyə çağırış edən Kallas, "Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu problemin öhdəsindən gəlmək biz avropalıların öhdəsində olacaq"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az