Vatikan, ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 15 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.
Turkustan.az xəbər verir ki, məlumatda deyilir ki, "Papa bronxospazm tutması keçirib. Bu, onun tənəffüs vəziyyətinin qəfil pisləşməsi ilə müşayiət olunan qusma və aspirasiyaya səbəb olub".
Tənəffüs sisteminin əsas funksiyası olan qaz mübadiləsini (kifayət qədər oksigeni qəbul etmək və əmələ gələn karbon qazını adekvat şəkildə çıxarmaq) təmin etmək üçün Papaya bronxoaspirasiya aparıldığı və mexaniki ventilyasiyaya başlanıldığı və nəticədə qaz mübadiləsi ilə bağlı müsbət cavab alındığı qeyd edilib.
Şüurlu olan Papanın xarici amillərə qarşı həssas olduğu və tibbi müdaxilələrə cavab verdiyi qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az