Xarici işlər naziri: "Ukrayna Almaniyanın və Avropanın sarsılmaz dəstəyinə arxalana bilər"


"Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqlərimizlə birlikdə Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə qarşıdır".

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Tramp-Zelenski görüşünü şərh edərkən bildirib.

“Ukrayna Almaniyanın, Avropanın və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər”, - nazir “X” hesabında qeyd edib.


MANŞET XƏBƏRLƏRİ