"Əziz Zelenski, sən tək deyilsən" - Avropa liderlərindən Zelenskiyə dəstək


Dünya liderləri ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında gedən qızğın debata münasibət bildiriblər.

Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron, "Biz əvvəldən döyüşənlərə hörmət etməliyik" dedi.
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə uzun müddətdir müzakirə edilən qiymətli metallar sazişini imzalamaq üçün görüşüblər.

Görüşdən əvvəl Ağ Evin darvazasında Zelenskini qarşılayan Tramp isti davranış nümayiş etdirsə də, mətbuat mənsublarının qarşısında vəziyyət dəyişib.

Zelenski ilə mübahisə etməyə başlayan Tramp gərginləşərək, "Bizə necə hiss edəcəyimizi diktə edə bilməzsiniz. Etdiyiniz bu ölkəyə hörmətsizlikdir!" deyib.

Zelenski Ağ Evi tərk edərkən, Avropadan müzakirələrə reaksiyalar gəlməyə başladı.

Ukrayna prezidenti Vladimir Zelenskinin yanında olduqlarını bildirən Polşanın baş naziri Donald Task, “Hörmətli Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ