Tramp: “Putinlə qarşılıqlı anlaşmamız var”


ABŞ prezidenti Donald Tramp "The Spectator"a verdiyi müsahibədə Rusiya lideri Vladimir Putinlə münasibətlərindən danışıb.

Turkustan.az xəbərinə görə, Tramp bildirib:

“Putini güclü şəxsiyyət hesab edirəm və aramızda yaxşı qarşılıqlı anlaşma var”.

Volodimir Zelenski ilə görüşdən sonra bu cür açıqlamanın yayılması yeni rezonans yaradıb. Gərgin görüş sonrası Amerikanın özündə belə həm Zelenski, həm Trampa dəstək verənlər az deyil. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ