Zelenski Ağ Evdə: Trampla görüş baş tutdu


Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Tramp qiymətli metallar üzrə saziş imzalamaq üçün görüşüb.

Turkustan.az xəbər verir ki, Tramp Zelenskini Ağ Evin darvazasında qarşılayarkən onun geyiminə diqqət çəkərək “O, bu gün tam kostyum geyinib” deyib.

"Biz Ukrayna ilə ədalətli razılığa gəldik. Mən Putinlə danışdım, Rusiya ilə yaxşı müzakirələrimiz var"-deyə, Tramp daha sonra Vladimir Zelenski ilə birgə jurnalistlərə deyib.

Tramp həmçinin “Ukrayna (sülhdən sonra) münaqişəyə qayıtmayacaq” deyib. O, Ukraynaya silah göndərəcəklərini, lakin çoxlu silah göndərməyə ehtiyac duymayacağına ümid etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin və Zelenskinin görüşüb-görülməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp deyib: “Onlar bir-birlərini bəyənmirlər”. O, bitərəf, orta mövqedə olduğunu, müharibəni bitirmək istədiyini söylədi.

Razılaşmanın Ukrayna üçün irəliyə doğru bir addım olacağına ümid etdiyini deyən Zelenski, "Mən ABŞ-ın nə etməyə hazır olduğunu müzakirə etmək istərdim" -deyib. O, ABŞ-ın Ukraynaya dəstəyini kəsməyəcəyini düşündüyünü də bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ