Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın maliyyə vəsaitlərinin kəsilməsi fonunda Ukraynanın mühüm regionlarına nağd yardım proqramlarını dayandırıb.
Turkustan.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin rəsmi bəyanatında deyilir.
"Ukraynada 2024-cü ildə 1 milyon insana çatacaq humanitar yardımın əsas elementi olan nağd pul proqramları əsas regionlarda dayandırılıb"-deyə, baş katib bildirib.
Quterreş ABŞ-ın maliyyələşdirməsinin azaldılmasından narahat olduğunu da əlavə edib.
Aytən Yaşar/ Turkustan.az