Makrondan etiraf: Trampla görüşümüz yaxşı keçmədi


Fransa prezidenti Emmanuel Makron fevralın 24-də ABŞ-a səfəri zamanı prezident Donald Trampla görüşü Avropaya əlavə rüsumların tətbiq olunmaması ilə bağlı “az ümidlə” tərk etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Makron iki günlük rəsmi səfərdə olduğu Portuqaliyanın paytaxtı Lissabonda Portuqaliyanın baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında danışıb.

Fevralın 24-də ABŞ-a səfərinə toxunan Makron bildirib ki , Avropa İttifaqı (Aİ) ölkələrinə gömrük tariflərinin artırılması ilə bağlı Trampla görüşü çətin keçib.

"Bu səfər zamanı və ondan sonra şəxsən mən (gömrük) tariflər məsələsini qaldırdım. Danışıqların çətin olduğunu dedim və çox az ümidlə ayrıldım"-deyə, o bildirib.

ABŞ-ın AB- yə tətbiq edəcəyi vergi artımının heç kimin xeyrinə olmayacağını müdafiə edən Makron, “Bizim bu cür tədbirlər qarşısında zəif olmaq lüksümüz yoxdur” deyib.

Makron qeyd edib ki, ABŞ administrasiyası Avropa ölkələrinə qarşı yeni gömrük rüsumları tətbiq etsə, onlar da buna cavab verəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ