Kallas: Trampın bu hərəkəti bizi narahat edir


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının Rusiya ritorikasını təkrar etməsindən narahat olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Kallas, ABŞ dövlət katibi Marko Rubio ilə ləğv edilmiş görüşü ilə bağlı Axios xəbər platformasına verdiyi yazılı müsahibədə "Siz Rubiodan niyə ləğv etdiyini soruşmalısınız"-deyə, bildirib.

14-16 fevral tarixlərində keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransında Rubio ilə "yaxşı görüş" keçirdiyini ifadə edən Kallas, 12 Martda Kanadada keçiriləcək G7 toplantısında Rubio ilə görüşməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ