“Ukrayna təslim olmayacaq!” - Zalujnı müharibənin davam edəcəyini deyir


Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda bu ölkənin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı Londondakı katolik kilsəsində çıxışı zamanı ölkəsinin Rusiya ilə müharibəni davam etdirəcəyini bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə “NV” nəşri məlumat yayıb.

“Ukrayna təslim olmayacaq”, - deyə Zalujnı bildirib. O, həmçinin Qərb ölkələrini Ukraynaya yardımı davam etdirməyə çağırıb.

Qeyd edək ki, Zalujnı Zelenskinin mümkün varislərindən birincisi hesab olunur. Fevralın sonunda keçirilən sorğular ukraynalıların 70 faizindən çoxunun Zalujnını dəstəklədiyini göstərir. Hətta Vladimir Putin də Zalujnının reytinqinin Zelenskidən iki dəfə yüksək olduğunu deyib. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ