Ruslar Putinə nə qədər güvənir? - STATİSTİKA AÇIQLANDI


Rusiyalıların Rusiya prezidenti Vladimir Putinə inam səviyyəsi 1% artıb.

Turkustan.az xəbər verir ki, anketə qatılan ölkə vətəndaşlarının 82%-i onun yaxşı işlədiyinə inanır. Bunu İctimai Rəy Fondunun fevralın 21-dən 23-dək 1500 rusiyalı arasında keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının 56%-i hökumətin işini müsbət qiymətləndirib . Respondentlərin 57%-i baş nazir Mixail Mişustinin yaxşı iş gördüyünü bildirib.

"Vahid Rusiya"ya dəstək səviyyəsi 47% (3 faiz artıb), Rusiya Federasiyası Kommunist Partiyası - 8% (dəyişməmiş), Rusiya Liberal Demokrat Partiyası - 9% (dəyişməmiş), "Ədalətli Rusiya" - Həqiqət naminə - 3% (dəyişməmiş), "Yeni İnsanlar"a - 3% (1 faiz artım) olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ