"Citigroup" əməkdaşı təsadüfən müştərinin hesabına 280 dollar əvəzinə 81 trilyon dollar pul köçürüb.
Turkustan.az bu barədə "Financial Times"a istinadən xəbər verir.
Hadisə ötən ilin aprelində baş verib və xətanın aradan qaldırılması bir neçə saat çəkib. Köçürmələri təmizlənmədən və emal edilməmişdən əvvəl yoxlayan başqa bir bank işçisi xətanı görməyib. Nəticədə müştərinin vəsaitlərinin səhv kreditləşdirilməsi yalnız üçüncü bank işçisi tərəfindən, lakin ödəniş həyata keçirildikdən 1,5 saat sonra fərq edilib.
Əməliyyat bir neçə saat sonra, pul alıcının bank hesablarından çıxmazdan əvvəl ləğv edilib. "Citigroup" hadisə ilə bağlı Federal Ehtiyat Sistemini və Valyuta Nəzarəti Ofisini xəbərdar edib.
FT-nin "Citigroup"un daxili hesabatına istinadən qeyd etdiyi kimi, keçən il 1 milyard dollardan çox məbləğdə vəsaitin köçürülməsi ilə bağlı on oxşar hadisə baş verib, 2023-cü ildə 13 belə hal olub. /Qaynarinfo/