“Nüvə gücümüzdən istifadə etməyə hazır olun” - Kim Çen In orduya əmr verdi


Şimali Koreya nüvə doktrunasının qarşısının alınması və raket qüvvələrinin buraxılış imkanlarını sübut etmək üçün strateji qanadlı raket təlimi keçirdiyini bildirib.

Bildirilib ki, Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında ölkənin qərb sahillərində keçirilən təlimlər çərçivəsində atılan raketlər 1587 kilometrlik oval orbitdə orta hesabla 132 dəqiqə uçduqdan sonra təyin olunmuş hədəfləri dəqiqliklə vurub.

Kim təlimin müvəffəqiyyətindən məmnunluğunu ifadə edərək, ölkənin nüvə qarşısının alınmasının etibarlılığını və funksionallığını davamlı olaraq sınaqdan keçirməyin vacib olduğunu vurğulayıb.

Şimali Koreya lideri Kim Çen In ən mükəmməl müdafiə vasitəsinin güclü hücum qabiliyyəti olduğunu söyləyərək, “Daha əhatəli müharibəyə hazır olmalı və nüvə gücümüzdən istifadə etməliyik”, - deyə bildirib.

Kim həmçinin bildirib ki, “Şimali Koreya daha əhatəli müharibəyə hazır olmalı və nüvə gücündən istifadə etməlidir”. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ