ABŞ-da iş adamı İlon Mask təqaüdə çıxmış hava nəqliyyatı dispetçerlərini “kadr çatışmazlığı” səbəbindən işə qayıtmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Mask X sosial media hesabında, "Birinci dərəcəli hava hərəkəti dispetçerlərinin çatışmazlığı var"-deyə, bildirib.
Təqaüddə olan hava nəqliyyatı dispetçerlərinə zəng edən Mask, "Əgər işə qayıtmaq fikrinə açıqsınızsa, lütfən bunu nəzərə alın" -deyib.
CBS News-un məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası uzun müddətdir ki, hava hərəkətinə nəzarətçi çatışmazlığı yaşayır.
Bundan əlavə, son vaxtlar aviasiya fəlakətlərinin artması səbəbindən qurumun işi ciddi şəkildə yoxlanılır.
FAA-nın məlumatlarına görə, ABŞ-dakı hava limanlarının qüllələrinin 90 faizindən çoxunda kadr çatışmazlığı var.
Aytən Yaşar/ Turkustan.az