“Ukraynanın ABŞ-la imzalayacağı nadir torpaq metalları və digər faydalı qazıntıların çıxarılmasına dair saziş qarşılığında tələbləri olacaq”.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
“Biz təxminən 15-20 raket əleyhinə müdafiə sistemi, habelə müvafiq sayda avadanlıqlar və Rusiya ərazisindəki obyektlər üzrə kəşfiyyat məlumatlarına malik raket bazaları gözləyirik. Təhlükəsizlik zəmanətləri ilə bağlı əlavə razılaşmada hərbi əməliyyatları davam etdirmək üçün bu məsələni də dəqiq müzakirə etmək lazımdır”, – M.Podolyak qeyd edib.
Onun sözlərinə görə, Kiyev həmçinin Ukrayna ordusunun yenidən silahlandırılmasını və hərbi-sənaye kompleksinə investisiyaları tələb edəcək.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfər edəcək. Onun ABŞ Prezidenti Donald Trampla sözügedən sazişi imzalayacağı gözlənilir./Globalinfo.az