Baxçalı ilə bağlı yalan xəbər yaymışdı - Davudoğlu partiyadan qovdu


Türkiyənin müxalif Gələcək Partiyasının sədr müavini Ömər Ünal partiyanın Trabzon təşkilatının sədri Hasan Kamil Vəlioğlunun vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, buna Vəlioğlunun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı haqda sosial mediada yalan məlumat yayması səbəb olub.

“Trabzon təşkilatının sədri Hasan Kamil Vəlioğlu sosial media hesabında MHP sədri Dövlət Baxçalının səhhəti ilə bağlı yalan məlumat paylaşdığı üçün vəzifəsindən uzaqlaşdırılıb”, - Ünal bildirib.

Vəlioğlunun Gələcək Partiyasının sədri, sabiq baş nazir Əhməd Davudoğlunun əmri ilə təşkilatdan xaric olunduğu bildirilib.

Xatırladaq ki, adəçəkilən şəxs dünən sosial media hesabında Dövlət Baxçalının ölümü ilə bağlı məlumat yaymışdı. İddia MHP tərəfindən təkzib edilib./teleqraf


MANŞET XƏBƏRLƏRİ