Almaniya: Öcalanın tərk-silah çağırışını alqışlayırıq


Almaniya Xarici İşlər Nazirliyi PKK terror təşkilatının lideri Abdullah Öcalanın silahları buraxma çağırışını alqışladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı verilən açıqlamada, illərdir davam edən terrorun sona çatması üçün tarixi bir şansın yarandığı və həll üçün əlavə addımların atılmasının lazım olduğu bildirilib.

Almaniya Xarici İşlər Nazirliyi Türkiyə Böyük Millət Məclisinin rolunu vurğulayaraq, prosesi dəstəkləmək üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ